ABŞ dövlət katibindən İrana sərt reaksiya – "MAQATE rəhbərinə edam çağırışı yolverilməzdir"
Far.Az xəbər saytı

ABŞ dövlət katibindən İrana sərt reaksiya – "MAQATE rəhbərinə edam çağırışı yolverilməzdir"


ABŞ dövlət katibi Marko Rubio İranın MAQATE-nin baş direktoru Rafael Qrossinin həbsi və edamı ilə bağlı çağırışlarını qəbuledilməz adlandırıb.

Far.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində fikirlərini bölüşüb.

Rubio İranın ali lideri Əli Xameneiyə bağlı "Kayhan" qəzetində dərc olunan və Qrossinin İsrailin "Mossad" kəşfiyyatına casusluqda ittiham edilərək məhkəməyə çıxarılıb edam olunması çağırışını qınayıb.

"Bu cür çağırışlar yolverilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir", – deyə Rubio bildirib. O, MAQATE-nin İranda apardığı yoxlama və monitorinq fəaliyyətini dəstəklədiklərini və agentliyin peşəkar fəaliyyətinə yüksək qiymət verdiklərini vurğulayıb.

Rubio Tehrandan agentlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Qeyd edək ki, İran daha əvvəl Rafael Qrossini öz nüvə obyektlərinə buraxmaqdan imtina etmişdi. Bu qərar İsrailin sənədlərində İranın nüvə proqramına dair məlumatların üzə çıxmasından sonra verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakının bu rayonlarında evlərin kvadratmetri 1752-4115 AZN-dir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər