Şəhid ailələri üçün verilən müavinətin məbləği ARTIR
Far.Az xəbər saytı

Şəhid ailələri üçün verilən müavinətin məbləği ARTIR


Şəhid ailələri üçün aylıq müavinət 2025-ci il iyulun 1-dən 700 manat həddində müəyyən olunub.

Far.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

Fərmanla şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə iyulun 1-dən ayda 700 manat müavinət veriləcək.

Xatırladaq ki, sözügedən müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdi.

Oxşar xəbərlər

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər