Siyasi gərginlik kiberhücum riskini ARTIRIR – Ekspertdən açıqlama
Far.Az xəbər saytı

Siyasi gərginlik kiberhücum riskini ARTIRIR – Ekspertdən açıqlama


Son dövrlərdə bölgədə baş verən siyasi proseslər, xüsusilə Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda kiberfəzada aktivlik artmaqdadır. Bu kontekstdə, mümkün DDOS hücumlarına qarşı ehtiyatlı olmaq tövsiyə edilir.

Bunu İKT eksperti Elvin Abbasov Far.Az-ə açıqlamasında bildirib. O qeyd edib ki, daha əvvəl təyyarəmizin vurulması ilə bağlı yayılan məlumatlar fonunda, qeyri-rəsmi olaraq Rusiyaya bağlı EPD29 adlı haker qrupunun Azərbaycana qarşı kiberhücum həyata keçirdiyi ehtimal edilirdi:

"Hazırda dövr yeni formalaşma mərhələsindədir və artıq görürük ki, siyasi gərginliklər və ya fiziki qarşıdurmalar baş verdikdə, kiberfəzada da aktivlik artır. İran və İsrail arasında yaşanan son münaqişədə də şahid olduq ki, haker qrupları qarşılıqlı olaraq genişmiqyaslı hücumlar həyata keçirmişdilər. Bu hadisələrin əksəriyyəti isə mediaya yansımamışdı."

Ekspert qeyd edib ki, Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində ciddi irəliləyiş əldə edib. Bu inkişaf beynəlxalq reytinqlərdə də öz əksini tapır:

"Hazırda ölkəmiz kiberhücumlara daha dayanıqlıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da son texnologiyalardan istifadə edilir. Hücumların qarşısını almaq üçün kifayət qədər texniki imkan mövcuddur. Ancaq unutmaq olmaz ki, heç bir ölkə kiberhücum riskindən tam sığortalanmayıb".

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər