Bu tarixlərdə hava ötən ilkindən daha soyuq keçəcək - RƏSMİ
Far.Az xəbər saytı

Bu tarixlərdə hava ötən ilkindən daha soyuq keçəcək - RƏSMİ


İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qeyd edək ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.

İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı gözlənilir. Belə ki, ötən ilin iyul ayının birinci ongünlüyündə Bakıda və Abşeron yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.

Oxşar xəbərlər

Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Mart ayında hava iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
May ayının havası AÇIQLANIB
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər