Azərbaycanın güclü zəlzələ riski ən az olan bölgələri açıqlandı
Zəlzələ hər zaman insanlarda narahatlıq yaradan təbii hadisələrdən biri olub. Son dövrlərdə regionda baş verən yeraltı təkanlar, sosial şəbəkələrdə yayılan xəbərlər və bəzi ölkələrdə müşahidə olunan dağıdıcı zəlzələlər fonunda Azərbaycanda da bu məsələyə maraq xeyli artıb.
Bu zaman da ağıllara belə bir sual gəlir, görəsən ölkəmizin seysmik baxımdan ən təhlükəsiz və az maqnitudalı təkanlar üçün xarakterik olan əraziləri haradır?
Far.Az-in əməkdaşı bu suala cavab tapmaq üçün seysmoloq Ənvər Əliyevlə həmsöhbət oldu.
Mütəxəssis bildirdi ki, Azərbaycan dünya miqyasında ən məşhur seysmik zolaqlardan biri hesab edilən – Alp dağlarından başlayıb İndoneziyaya qədər uzanan və dağəmələgəlmə prosesi ilə xarakterizə olunan aktiv zolaqda yerləşir. Lakin bu o demək deyil ki, ölkənin hər nöqtəsi yüksək zəlzələ riski altındadır:
"Ölkəmiz dünyanın ən məşhur seysmik, dağəmələgəlmə prosesi gedən 3 əsas zolaqların birində yerləşir. Bura Alp dağlarından başkayır, ta İndoneziyaya qədər uzanır. Ancaq elə hissələr var ki, bura 7 bal və aşağı seysmik aktiv bölgələr hesab olunur. Misal üçün Şah Dilindən Kür çayının deltasına qədərki ərazini, Abşerondan başlayaraq Sumqayıtdan bir neçə kilometr dənizin içinə qədər uzanan hissəni göstərə bilərik. Qarabağda da seysmik baxımdan nisbətən aşağı olan yerlər var. Lənkarandan dənizə qədərki yerlər, Zəngilan, İstisu, Bərdə və Beyləqan xətləri (Xəritədə şərti xətlə birləşdirsək) arasında olan ərazilər də 7 ballıq bölgələrdir".
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ZƏLZƏLƏ RİSKİ - Azərbaycanın ən titrək bölgələri haradır?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib













