Bakıda WUF13 çərçivəsində "Memarlıq həftəsi"nə start verilib
"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Memarlıq həftəsi"nə start verilib.
AzMİU-dan "Far.Az"a verilən məlumat görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və ölkədə elan olunmuş "Memarlıq və Şəhərsalma İli"nə həsr olunan bu həftə memarlıq, şəhərsalma və dizayn sahəsində aktual məsələlərin müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması və gələcəyin memarlıq baxışlarının formalaşdırılması baxımından mühüm platforma kimi çıxış edir.
Tədbirin açılışı AzMİU-nun "In Vision Design Talks Campus" platformasında təşkil olunan "Memarlıq və dizaynın görüş nöqtəsi: gələcəyi formalaşdıran ideyaların səhnəsi" mövzusunda panel müzakirə ilə başlayıb. Paneldə müasir memarlığın çağırışları, innovativ yanaşmalar və şəhərsalmanın perspektivləri geniş müzakirə olunub.
Tədbirdə yerli və xarici qonaqlar, AzMİU rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova "Memarlıq həftəsi"nin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi, onların beynəlxalq memarlıq gündəmini yaxından izləməsi və peşəkar mühitlə birbaşa əlaqə qurması baxımından olduqca vacibdir. O, universitetin memarlıq və şəhərsalma istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edərək bu təşəbbüslərin gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Memar Yeşeren Ersan çıxışında süni intellekt texnologiyalarının müasir memarlıq prosesində artan rolundan bəhs edib. O bildirib ki, süni intellekt artıq yalnız texniki alət deyil, eyni zamanda yaradıcılığı dəstəkləyən və qərarvermə prosesini sürətləndirən mühüm vasitəyə çevrilib.
Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə isə çıxışında gənc memarların peşəkar inkişafına dəstəyin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, belə tədbirlər gənclərin beynəlxalq memarlıq ictimaiyyəti ilə əlaqələrinin genişlənməsinə və onların peşəkar şəbəkələrinin formalaşmasına mühüm töhfə verir.
İnteraktiv formatda davam edən panel müzakirələr zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, memarlıq təhsilinin gələcək perspektivləri, beynəlxalq təcrübə proqramları və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İştirakçıların aktivliyi yüksək qiymətləndirilib və bu kimi platformaların gənc memarların dünyagörüşünün genişlənməsində mühüm rol oynadığı vurğulanıb.
"Memarlıq həftəsi" çərçivəsində növbəti günlərdə müxtəlif mövzularda tədbirlərin, seminarların və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Həftə boyunca iştirakçılar memarlıq və şəhərsalma sahəsində ən son tendensiyalarla tanış olmaq, aparıcı mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni peşəkar imkanlar əldə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, "Memarlıq həftəsi" AzMİU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, memarlıq təhsilinin keyfiyyətinin yüksəldilməsi və ölkədə müasir memarlıq düşüncəsinin inkişafına töhfə verilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













