Umayra Tağıyeva əhalini Ümumdünya Ətraf Mühit Günü ilə bağlı ekoloji aksiyalarda iştiraka çağırıb
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva əhaliyə 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə bağlı keçiriləcək tədbir və ekoloji aksiyalarda iştirak üçün çağırış edib.
"Far.Az" xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında keçiriləcək tədbirlə bağlı çıxışında bildirib.
Onun sözlərinə görə, kampaniyanın əsas məqsədi iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi istiqamətində ictimai iştirakçılığı təşviq etmək, hər bir fərdin və təşkilatın töhfəsinin mühüm dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirməkdir:
"Qlobal kampaniya çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və vətəndaşlar müxtəlif ekoloji təşəbbüslərlə iştirak edə bilərlər. Bu fəaliyyətlərə ağacəkmə aksiyaları, ətraf mühitin təmizlənməsi tədbirləri, maarifləndirici görüşlər, sərgilər, ictimai müzakirələr, açıq hava tədbirləri və digər ekoloji təşəbbüslər daxildir".
Nazir müavini deyib ki, təşkil olunan tədbir və təşəbbüslər Ümumdünya Ətraf Mühit Gününün rəsmi platformasında yerləşdirilərək beynəlxalq auditoriyaya təqdim oluna bilər. Bununla yanaşı, iştirakçılar #NowForClimate, #İndiİqlimNaminə həştəqləri vasitəsilə qlobal kampaniyaya qoşularaq iqlim dəyişmələri ilə bağlı mesajlarını, təşəbbüslərini və həll yollarını sosial media platformalarında paylaşa bilərlər:
"Ümumdünya Ətraf Mühit Günü ilə bağlı bütün məlumatlar, iştirak imkanları, tədbir proqramı və yeniliklər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən wed2026.az platforması üzərindən təqdim olunacaq".
Qeyd edək ki, iyunun 5-də Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü adlı tədbir çərçivəsində açıq havada xüsusi zonalar təşkil olunacaq və həmin məkanlar ictimaiyyət üçün açıq olacaq.
Vətəndaşlar açıq hava sərgiləri, maarifləndirici fəaliyyətlər və müxtəlif ekoloji təşəbbüslərdə iştirak edə biləcəklər. Eyni zamanda dövlət qurumları, şirkətlər, qeyri-hökumət təşkilatları və digər tərəfdaşlar da öz ekoloji layihə və təşəbbüsləri ilə tədbirdə iştirak etməyə dəvət olunurlar.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...













