Xaricdə təhsil almaq istəyənlərə EKSPERTDƏN VACİB AÇIQLAMA
Hər il yüzlərlə azərbaycanlı gənc xaricdə ali təhsil almaq üçün müraciət edir. Lakin təhsil mütəxəssisləri bildirirlər ki, xaricdə universitet seçmək qədər ixtisas seçimi də olduqca məsuliyyətli və gələcək üçün həlledici qərardır.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Far.Az-ə bildirib ki, xaricdə ixtisas seçərkən təkcə şəxsi maraqlar deyil, həm də yerli əmək bazarının tələbləri, ölkə reallıqları və beynəlxalq perspektivlər nəzərə alınmalıdır:
"Eyni ixtisas müxtəlif ölkələrdə fərqli şəkildə qiymətləndirilə bilər. Ona görə də tələbə ixtisas seçərkən yalnız diplom almağı deyil, o diplomun gələcəkdə hansı ölkədə hansı imkanlar yaratdığını da düşünməlidir."
Ekspert həmçinin əlavə edib ki, təqaüd imkanları və viza şərtləri də seçim zamanı diqqətə alınmalı vacib faktorlardandır. Ən önəmlisi isə seçilən ixtisasın həmin ölkədə əmək bazarında nə qədər tələb gördüyü və aktuallığıdır.
Rizvan Fikrətoğlunun fikrincə, bu detallara diqqət etməyən tələbələr bəzən illərlə oxuduqları sahədə iş tapa bilmir və bu da vaxt və maddi itkiyə səbəb olur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur













