Zəngilanın Ağalı kəndində yığılan meyvələr xarici bazarlara çıxarılır
Far.Az xəbər saytı

Zəngilanın Ağalı kəndində yığılan meyvələr xarici bazarlara çıxarılır


"İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.

"Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə (Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi – Qeyd). Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir", - deyə Dövlət başçısı əlavə edib.

Dövlət başçısı əlavə edib ki, Soltanlıda indi yarımstansiya və aqroparklar açılır: "Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax, bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur".

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər