Rusiya Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir
Rusiya Azərbaycancanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir.
Bunu Far.Az-nın Moskva müxbirinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Rusiyanın Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciətindən çox şad olduğunu söyləyib.
"Biz Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyirik. Azərbaycan güclü namizəddir. Azərbaycanın üzvlüyü sözsüz ki, təşkilata əlavə dinamika və nadir təcrübə gətirəcək. Bir çox gündəliklərlə işlə bağlı təcrübə, eyni zamanda konstruktiv əsasda, hansı ki, bu BRİCS-lə oxşardır. BRİCS-in kvintensensiyası şantaj təzyiqini inkar etmək və beynəlxalq hüquq və normalara hörmək etməkdir. Bu, Azərbaycanın həyata keçirdiyi siyasətlə tam üst-üstə düşür Bizim Azərbaycanla çox gözəl münasibətlərimiz var. Düşünürəm ki, BRİCS-ə doğru hərəkət, BRİCS-lə yaxınlaşmaq davam edəcək. Bununla yanaşı qeyd etmək istəyirəm ki, BRİCSdə bütün qərarlar konsensusla qəbul olunur. Sədrlikdən çox şey asılıdır, amma hər şey asılı deyil. Biz indi tərəfdaş dövlətlər kateqoriyası üzərində işləyirik. Bu siyahının hazırlanması tapşırığı təşkilatın ötən il Yohannesburqda keçirilən sammitində verilib. Yəni ki, müxtəlif imkanlar, müxtəlif alqoritmlər mövcuddur. Lakin bir daha deyirəm ki, biz Azərbaycanın BRİCS-ə qoşulması ilə bağlı müraciətini dəstəkləyirik", deyə Rusiya XİN başçısının müavini yekunlaşdırıb.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













