Azərbaycanda seysmik risklər - Xəritələr yeniləndi
Far.Az xəbər saytı

Azərbaycanda seysmik risklər - Xəritələr yeniləndi


Hər il Azərbaycanda əhalinin çox zaman hiss etmədiyi, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər əksər hallarda ciddi dağıntılara səbəb olmasa da, bir mühüm həqiqəti daim gündəmdə saxlayır: Azərbaycan seysmik aktiv zonada yerləşir və zəlzələ təhlükəsi realdır.

Bu təhlükə əhalidə daim suallar doğurur: ölkənin seysmik zonalarının xəritəsi yenilənib? Son illərdə bu sahədə hansı araşdırmalar aparılıb və nəticələr necədir? Paytaxt Bakı üçün risklər hansı səviyyədədir?

Azərbaycan Milli Elmlər Akademiyası və Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ölkə ərazisində seysmik risklərin daha dəqiq öyrənilməsi məqsədilə son 10-15 ildə mühüm işlər görülüb. Ölkənin müxtəlif bölgələrində yeni seysmik stansiyalar quraşdırılıb, mövcud stansiyalar müasirləşdirilib və məlumatların təhlili üçün rəqəmsal texnologiyalardan istifadə olunmağa başlanıb.

Bu işlər nəticəsində Azərbaycanın seysmik xəritələri daha da dəqiqləşdirilib və zonalar üzrə risk səviyyələri yenidən qiymətləndirilib.

Far.Az-in məlumatına görə, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli musavat.com-a açıqlamasında bildirib ki, seysmik təhlükə xəritəsi artıq hazırdır:

"Bir neçə rayonun seysmik xəritəsi hazırlanıb. Bu işi davam etdiririk, sona çatdırandan sonra ümumi masştabda xəritə də tərtib edəcəyik. Şamaxı, İsmayıllı, Şəki və Zaqatalanın seysmik xəritəsinin üzərində illərin statistikası əsasında işləmişik. Bu xəritələr baza məlumatını əks etdirir. Bu xəritələrdə parametrlər müəyyən olunur ki, onların əsasında ehtimal olunan hansısa maqnitudalı zəlzələləri söyləmək mümkündür. Hələlik bu işləri hissə-hissə edirik".

Bakı şəhəri həm əhalisinin çoxluğu, həm də infrastrukturunun sıxlığı səbəbindən zəlzələ zamanı ən həssas ərazilərdən biri sayılır. Abşeron yarımadası geoloji quruluşu və aktiv tektonik qırılmaları səbəbindən tarixi dövrlərdə dəfələrlə dağıdıcı zəlzələlər yaşayıb.

"Bakının seysmik mikrorayonlaşdırma xəritəsi işlənir. Bu xəritələr ayrı-ayrı tikinti sahələrində tədqiqatlar aparılarkən baza məlumatı kimi istifadə olunur. Bu zaman ehtimal olunan risklər nəzərə alınır", - deyə Qurban Yetirmişli bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər