Nazirlik "ASAN xidmət"də mülki müdafiə məşqi keçdi
Far.Az xəbər saytı

Nazirlik "ASAN xidmət"də mülki müdafiə məşqi keçdi


Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba Regional "ASAN xidmət" Mərkəzində "Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib.

BAKU.WS xəbər verir ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin, Quba Regional "ASAN xidmət" Mərkəzinin, rayon Polis şöbəsinin, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Quba Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müvafiq qüvvələri cəlb edilib.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Quba Regional "ASAN xidmət" Mərkəzinin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, FHN-in qüvvələri ilə koordinasiyalı şəkildə "Yanğın-xilasetmə əməliyyatı" icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Məşqdə ümumilikdə 3 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Oxşar xəbərlər

Şəmkirdə "Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi" keçirilib
Sumqayıt Perinatal Mərkəzində mülki müdafiə məşqi keçirilib
FHN Ağdaşda mülki müdafiə məşqi keçirib
Ağdaşda mülki müdafiə məşqi keçirilib - VİDEO
Ağdaşda mülki müdafiə məşqi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər