Fuad Muradov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Cəfər Nəcəfli ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sədr Azərbaycanın diaspor təşkilatlarından, Azərbaycan Evlərindən, Koordinasiya Şuralarından və həftəsonu məktəblərindən bəhs edib.
O, diaspor sahəsində həyata keçirilən strateji təşəbbüslərdən, milli kimliyin qorunması və gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Görüş zamanı qeyd olunan mövzularda geniş fikir mübadiləsi aparılıb.
Cəfər Nəcəfli ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib, qazandığı bilik və təcrübənin faydalı olmasından məmnunluğunu ifadə edib.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədi daşıyır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb













