Komitə sədri: Dinin mahiyyətini təhrif edən çağırışlar planlı şəkildə dövriyyəyə buraxılır
Far.Az xəbər saytı

Komitə sədri: Dinin mahiyyətini təhrif edən çağırışlar planlı şəkildə dövriyyəyə buraxılır


"Rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır".

BAKU.WS-in Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfransda deyib.

O, bildirib ki, belə əməllərdə məqsəd təkcə dövlətimizə, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyəti  milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır:

"Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması özü ilə yeni imkanlar, eyni zamanda yeni risklər gətirir. Bu sahədə etik sərhədlərin qorunması və vahid yanaşmaların formalaşdırılması qlobal media gündəminin əsas mövzusuna çevrilib. İndi bizim cavab verməli olduğumuz ən vacib sual bundan ibarətdir: bu çağırışlara hazırıqmı?", 

Belə mürəkkəb və sürətlə dəyişən şəraitdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, ideoloji təhlükəsizliyini qorumaq üçün resurslarımızdan necə istifadə etməliyik? Bu suallar həm də ona görə aktualdır ki, din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur", - deyə R. Məmmədov vurğulayıb. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər