Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı
Bakıda restorandan çıxan qadına qarşı quldurluq edilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Salam Baku" restoranının həyətində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini olan qadın rəfiqəsi ilə birlikdə adıçəkilən restorana şam yeməyinə gediblər. Yeməkdən sonra restoranı tərk edən qadınlar həyətə düşərək avtomobilə əyləşiblər. Avtomobil sahibi olan qadın əl çantasını arxa oturacağa qoyub, sükan arxasına keçib. Bu zaman kənardan onları izləyən Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Aydın Əzimov (ad və soyad şərtidir) avtomobilin arxa qapısını açaraq maşına daxil olub. O, qadının 850 manat dəyərində olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
Hadisədən özünü itirməyən qadın sürücü avtomobildən düşərək oğrunun arxasınca qaçıb. Təxminən 100 metr məsafə qət etdikdən sonra Aydın yol kənarındakı səkiyə ilişərək yıxılıb. O, qadının yaxınlaşdığını görüb çantanı ataraq qaçıb.
Qadının müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Aydın Əzimova 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













