Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb.
Far.Az report-a istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanan və uydurma iddiaların yer aldığı bu açıqlamanın ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsi olduğu qeyd olunub.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - MEDİA-nın yaydığı açıqlamada vurğulanıb.
Oxşar xəbərlər
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Medianın İnkişafı Agentliyi açıqlama yaydı: "Saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













