Medianın İnkişafı Agentliyi açıqlama yaydı: "Saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlib"
"Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair "deep fake" texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb".
Bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir:
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deep feyk" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Süni intellekt təhsil prosesində: Universitetlərdə yeni ixtisaslar yarana bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













