"Defacto" vətəndaşa malı 5 manat baha satdı - 4 min cərimələndi
Bakıda "Defacto" mağazalar şəbəkəsi külli miqdarda cərimələnib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall"da fəaliyyət göstərən "Defacto" mağazası barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimə protokolu tərtib edib.
"Defacto" mağazası barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, "Defacto" mağazasında üzərində qiyməti 39.99 manat göstərilmiş paltarın kassada 44.99 manatdan satılması faktı müəyyən olunub.
Mağaza rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4.000 manat cərimə olunub.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycanda bunu edənlər 6 min manat CƏRİMƏLƏNƏCƏK
Bu malları alarkən dəyişdirmək olmaz - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakının bu rayonlarında evlərin kvadratmetri 1752-4115 AZN-dir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













