Qroznı səmasında AZAL təyyarəsinin atəşə tutulması ilə bağlı yeni təfərrüat ortaya çıxıb
2024-cü il dekabrın 25-də AZAL-ın "Embraer 190" mülki təyyarəsinin vurulması ilə bağlı yeni detallar üzə çıxıb.
BAKU.WS xəbər verir ki, "Minval Politika"nın əldə etdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin döyüş növbətçiliyini yerinə yetirən aşağıdakı hərbi qulluqçuları raket buraxılışı zamanı icra edilən fəaliyyətin birbaşa şahidi və iştirakçılarına çevriliblər.
Beləliklə, 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı, kapitan Dmitri Yevgeniyeviç Pudovkin;
Cənub Hərbi Dairəsinin qərargahının əməliyyat növbətçisi, polkovnik-leytenant Vladimir Viktoroviç Yanovski;
Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiənin 4-cü Mühafizə Ordusunun komanda məntəqəsinin operativ növbətçisi, polkovnik Gennadi Nikolayeviç Yeremenko - təyyarəmizin atəşə tutulması zamanı icra edilən fəaliyyətin birbaşa şahidi və iştirakçılarına çevriliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum olub.
AZAL-a məxsus "Embraer 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur. Lakin adı çəkilən bu şəxs nəinki cəzalandırılıb, əksinə vəzifəsi artırılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu
AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













