Yüksək maliyyə nəticələri "Norm" ASC-nin strateji inkişafını dəstəkləyir
"Norm" ASC 2024-cü ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib.
Hesabata əsasən, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, "Norm" ASC-də satış gəliri 13% artaraq 256 milyon AZN təşkil edib, ümumi gəlir isə 18,8% artaraq 130 milyon AZN-ə çatıb. Əməliyyat mənfəəti 18 milyon manat, yəni 28,2% artaraq, 81,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 15,9% artaraq, 77,43 milyon manata çatıb.
"Norm" ASC-nin Maliyyə və strategiya üzrə baş icraçı direktor müavini Elvin Mirzəyev bildirib ki, 2024-cü il ərzində uğurlu idarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, "Norm" ASC ötən il yüksək məbləğdə - 19,2 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyicilərindən biri olub.
Şirkətin Baş icraçı direktoru Henning Sasse "Norm" ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: "2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrə əsaslanaraq, hazırda tikinti materialları seqmentində genişlənmə strategiyasını uğurla həyata keçiririk. Bu ilin may ayından etibarən şirkətimiz sement əsaslı quru qarışıqlar üzrə yeni məhsullarını Storm brendi ilə bazara təqdim edib. Biz inanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənmə şirkətin fəaliyyət göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaat sektorunun dayanıqlı inkişafına da töhfə verəcək.
"Norm" ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı













