Kalinyak: ADEX-2026-da Slovakiyanın 15-ə yaxın şirkəti təmsil olunur - EKSKLÜZİV
Far.Az xəbər saytı

Kalinyak: ADEX-2026-da Slovakiyanın 15-ə yaxın şirkəti təmsil olunur - EKSKLÜZİV


Slovakiyadan 15-ə yaxın şirkət sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək ADEX-2026 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək.

Bu barədə "Report"a müsahibəsində Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.

"Bu, həmin regiondakı ən böyük ekspozisiyalardan biridir. Biz ilk dəfədir Azərbaycanda keçirilən sərgidə iştirak edirik. İştirak etmək imkanına görə çox şadıq, çünki ADEX təkcə bu regionda deyil, həm də daha geniş miqyasda müdafiə sənayesi üzrə çox mühüm sərgiyə çevrilib", - Kalinyak deyib.

O qeyd edib ki, Slovakiya sərgidə ayrıca milli stendlə təmsil olunur.

"Sərginin bir hissəsi olmaq və Slovakiya müəssisələrinin iştirakı ilə ayrıca ölkəmizin stendini nümayiş etdirmək imkanımız olduğu üçün çox şadıq", - müdafiə naziri əlavə edib.

Kalinyak həmçinin bildirib ki, sərgi çərçivəsində Slovakiya-Azərbaycan müdafiə sənayesi əməkdaşlığının ilk birgə məhsulu – avtomatlaşdırılmış minaatan sistemi nümayiş etdiriləcək.

"Bundan əlavə, birgə əməkdaşlığımızın ilk nəticəsini - avtomatlaşdırılmış minaatan sistemini nümayiş etdirmək şansımız olacaq. Növbəti gün bu sistem başqa bir stenddə də təqdim olunacaq", - o deyib.

Bundan başqa, nazir məlumat verib ki, sərgi zamanı ADEX-2026-nı ziyarət edəcək bir sıra müdafiə qurumlarının rəhbərləri ilə danışıqlar nəzərdə tutulub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər