Sahibə Qafarova: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı dostluq göstəricisidir
Far.Az xəbər saytı

Sahibə Qafarova: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı dostluq göstəricisidir


Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı iki ölkə arasındakı səmimi dostluğun mühüm göstəricisidir.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə bildirib.

"Biz Slovakiya şirkətlərinin işğaldan azad edilmiş torpaqlarımızın bərpasında, o cümlədən Baş Qərvənddə "Ağıllı kənd" layihəsinin icrasında iştirakına şadıq. Bu, ölkələrimiz arasında səmimi dostluğun mühüm göstəricisidir", - o bildirib.

S. Qafarova qeyd edib ki, iki ölkə rəhbərliyinin dəstəyi ilə yaradılacaq məktəb Azərbaycan-Slovakiya dostluğunun daha bir rəmzi olacaq.

Parlament sədri vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılan addımlar, eləcə də ümumi yanaşmalar və qarşıya qoyulan məqsədlər Bakı və Bratislava arasında əməkdaşlığın daha da genişləndirilməsini təmin edir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər