Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) 65 ölkədəki nümayəndəliyinin iştirakı ilə keçirilmiş səsvermənin nəticələrinə əsasən, QHGT-nin Nigeriya milli bölməsinin rəhbəri Məhəmməd Bello Bala Şaqari təşkilatın yeni sədri seçilib.
Bu barədə "Far.Az"a təşkilatdan məlumat verilib.
Bildirilib ki, Afrika qitəsində ən fəal gənclərdən biri olaraq tanınan Məhəmməd Bello Bala Şaqari ictimai fəaliyyəti ilə yanaşı, sənədli film rejissoru kimi çalışır. O, indiyədək QHGT-nin Afrika regionu üzrə sədr müavini və təşkilatın Nigeriyadakı milli bölməsinin rəhbəri olub.
Şaqari daha əvvəl Nigeriya Milli Gənclər Şurasının prezidenti vəzifəsini də tutub. O, gənclərin inkişafı, vətəndaş maarifləndirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində müxtəlif təşəbbüslərə rəhbərlik edib. Çoxsaylı yerli və beynəlxalq mükafatlara layiq görülən Şaqari vətəndaş iştirakçılığı, Afrika birliyi və diplomatiya istiqamətlərində bir çox beynəlxalq tədbirlərdə təşkilatçı kimi iştirak edib. Yeni sədr Londonun Middlesex Universitetində Biznes İnformasiya Sistemləri və İnformasiya Texnologiyaları üzrə təhsil alıb.
Qeyd edək ki, QHGT sədrliyi uğrunda keçirilən seçkilərdə təşkilatın üzvü olan 5 ölkənin nümayəndəsi mübarizə aparıb və rəqabətli şəraitdə 4 mərhələdən ibarət keçirilən səsvermənin sonunda Nigeriya namizədi rəqiblərindən üstün olub.
Xatırladaq ki, indiyə qədər QHGT-nin sədri vəzifəsini Azərbaycan nümayəndəsi, Azərbaycan Prezidentinin gənclər üzrə mükafatçısı, COP29-un gənclər üzrə çempionu Leyla Həsənova tuturdu.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI













