Ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 225 min manatdan çox ziyan dəyib
Far.Az xəbər saytı

Ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 225 min manatdan çox ziyan dəyib


Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində, Xətai rayonu Rahib Məmmədov küçəsində, Nərimanov rayonu Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrinin kəsişməsində yaşıllıqlar qanunsuz kəsilib.

Eyni zamanda Nərimanov rayonu Dərnəgül qəsəbəsində, Gəncə şəhəri Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhəri Fikrət Əmirov adına parkın ərazisində, Abşeron rayonu Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhəri Hacı ZeynalabdinTağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 225740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər