Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub
Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Far.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, İmaməddin Əlimanova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda "youtube"" sosial media hesabında "Xalq tv" adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən "Osmanqızı tv" və "İnqilab tv" kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib. İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xaricdə yaşayan bloqer İmaməddin Əlimanov istintaqa dəvət edilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













