İstanbulda fişəng və oxşar maddələrin satışı, istifadəsi QADAĞAN OLUNDU
Far.Az xəbər saytı

İstanbulda fişəng və oxşar maddələrin satışı, istifadəsi QADAĞAN OLUNDU


İstanbul Valiliyi yüksək temperatur, artan meşə yanğınları səbəbindən şəhərdə işıq fişəngi və digər partlayıcı–yanıcı maddələrin satışını, istifadəsini qadağan edib.

Far.Az xəbər verir ki, Valilikdən yayılan yazılı açıqlamada bildirilib ki, yay mövsümünün təsiri ilə ölkənin müxtəlif bölgələrində meşə yanğınlarında artım müşahidə olunub. Bu təhlükənin qarşısını almaq məqsədilə İstanbulda 23 iyun – 15 oktyabr tarixləri arasında meşəlik ərazilərə giriş qadağan edilib.

Yeni qərara əsasən isə, 29 iyul 2025-ci il tarixindən etibarən 28 oktyabr 2025-ci il tarixinədək İstanbul ərazisində işıq fişəngi, məşəl və oxşar maddələrin satışı və istifadəsi tam qadağan olunub.

Qərarın icrası ilə bağlı hüquq-mühafizə orqanları – polis, jandarma və digər aidiyyəti qurumlar tərəfindən daimi nəzarət və yoxlamalar həyata keçiriləcək. Qadağaya əməl etməyən fiziki və hüquqi şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər