Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb
İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə BAKU.WS-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyədən 285, Rusiyadan 228, Ukraynadan 55, Birləşmiş Krallıqdan 28, Gürcüstandan 25, Konqo və Çin Xalq respublikalarının hər birindən 8, İtaliya Respublikasından 6, Macarıstandan və Polşa respublikalarının hər birindən 5, Belarus, Latviya və Almaniya Federativ respublikalarının hər birindən 4, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan və Çex respublikalarının hər birindən 3, İran, Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, Koreya, Litva, Özbəkistan, Slovakiya, Əlcəzair Xalq Demokratik, Somali Federativ və Pakistan İslam respublikaları, Kanada, həmçinin İspaniya və İordaniya Haşimilər krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb.
Oxşar xəbərlər
Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb
Hansı hallarda xaricdə təhsil alanların diplomları tanınır?
Ötən ay xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb
Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?













