Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs yaşadığı qorxunc hadisədən danışdı
Far.Az xəbər saytı

Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs yaşadığı qorxunc hadisədən danışdı


Bakı Hərbi Məhkəməsində avqustun 11-də məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. "Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər", - deyə zərərçəkmiş şəxs bildirib.

Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Ərazilərimizin işğalı zamanı əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar məhkəmədə ifadə veriblər
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycanlılara işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər