Bu institutlar birləşdirilir - İşçi qrupu yaradıldı
Far.Az xəbər saytı

Bu institutlar birləşdirilir - İşçi qrupu yaradıldı


Azərbaycan Prezidentinin "Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.

Belə ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları - yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən tam yeni 2 elmi müəssisə formalaşdırılacaq.

Far.Az xəbər verir ki, modern.az institutların nə zaman birləşdiriləcəyinə dair məlumat əldə etmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev tərəfindən sərəncamın icrasının təmin edilməsi barədə əmr imzalanmış, tədbirlər planı və işçi qrupu müəyyən edilmişdir.

Qurumdan verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən hazırda həmin tədbirlər planına uyğun istiqamətdə işlər aparılır və müvafiq müzakirələr gedir.

Əlavə olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə yaradılan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti tədris ilində baş tutacaq ilk iclasında bu məsələ müzakirəyə qoyulacaq.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Elm və Təhsil Nazirliyinin tabeliyində ixtisaslaşmış 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər