Əməliyyat masasında ölən DÜNYA MƏŞHURLARI - SİYAHI
Bəzi dünya məşhurları xəstəxanada əməliyyat olunarkən vəfat edib. Kimisi səhhəti ilə bağlı, kimisi isə plastik əməliyyat nəticəsində dünyasını dəyişib.
BAKU.WS xarici KİV-ə istinadən əməliyyat (və ya prosedur) masasında dünyasını dəyişən məşhurların siyahısını təqdim edir:
Məşhur komediyaçı və televiziyanın tanınmış siması Con Rivers rutinal boğaz-endoskopiya proseduru zamanı oksigen çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu hadisə 2014-cü ildə yaşanıb.
Ekvadordan olan gözəllik kraliçası Katerina Kando 2015-ci ildə liposaksiya proseduru zamanı əməliyyat masasında vəfat edib. Rəsmi məlumatlarda onun vəfat səbəbi beyin ödemi göstərilsə də, ailəsi prosedurun həkimsiz və icazəsiz həyata keçirildiyini iddia edib.
Türkiyəli sosial media fenomeni Neşe Özkanın bu ilin aprelin 25-də qarın gərdirmə və sinə əməliyyatı zamanı ürəyi dayanaraq vəfat edib.
Braziliyalı influnser Rikardo Qodoi ink proseduru (böyük döymə) üçün ümumi narkoz alarkən infarkt keçirib. O, əməliyyat masasında "Klassik əməliyyat deyil daha çox estetik prosedurdur" sözlərini söyləyib.
"Wild "N Out" şousunda tanınan realiti ulduz Ceklin Smit (Jacky Oh) kosmetik əməliyyat sonrası komplikasiyalar səbəbindən vəfat edib.
Aktyor Worvik Deyvisin həyat yoldaşı Samanta Deyvis, sinə əməliyyatından sonra 2024-cü ildə vəfat edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Tanınmış həkimdən nazirliyə irad: "Gözümü açandan plastik cərraham, adım siyahıda yoxdur"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













