Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatıb
Far.Az xəbər saytı

Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatıb


Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində barələrində qiyabi icraat aparılan Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevə, onların müdafiəçilərinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il avqustun 20-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.

Onlara izah edilir ki, istintaqa gəlmədikləri halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.

Qeyd edək ki, Qurban Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2, 214-2, 281.2 maddələri ilə, Tural Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1, 220.2, 281.2 və 320.1-ci maddələri ilə, Orxan Ağayev barəsində isə 220.2 və 281.2-ci maddələri cinayət işi açılıb, qiyabi olaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər