Ukrayna xəritəsi dəyişir: TARİXİ FOTO
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüşdə bəzi təəccüblü hadisələr baş verib. Qapalı görüşdən sızan bir fotoşəkildə iki liderin Ukrayna xəritəsində mübahisəli zonaları müzakirə etdikləri ortaya çıxıb. Xəritədə Rusiyanın nəzarətində olan Luqansk, Donetsk və Xarkov vilayətlərinin müəyyən hissələri rənglə fərqləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" süjet hazırlayıb.
Görüş zamanı Tramp Ukraynanın şərqindəki ərazilərin statusuna toxunub və ərazi mübadiləsi məsələsini qaldırıb.
"Birlikdə Ukraynaya qarşı gələcəkdə hər hansı bir hücumun qarşısını alacağımıza dair razılığa gələ biləcəyimiz barədə nikbinəm və əslində, belə bir hücumun olacağını düşünmürəm", - Tramp bildirib.
Lakin Zelenski bu təklifləri rədd edib və Ukraynanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini bəyan edib.
"Biz heç vaxt atəşkəsi qəbul etməyəcəyik. Təhlükəsizlik zəmanəti olmadan hərəkət etməyəcəyik", - Zelenski vurğulayıb.
"Siz bizim ölkəmizə hörmətsizlik edirsiniz. Mən bilirəm ki, qalib gələ bilməyəcəksiniz", - görüş zamanı Tramp Zelenskiyə qarşı sərt ifadələr işlədib.
Bu sözlərdən sonra Zelenski Ağ Evi tərk edib. İclasdan əvvəl Oval kabinetdə nümayiş etdirilən Ukraynanın böyük xəritəsi də diqqət çəkib. Xəritədə Ukraynanın şərq hissəsi çəhrayı rənglə işarə olunaraq, bu ərazilərin Rusiya hərbi qüvvələrinin nəzarəti altında olduğu göstərilib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Vaşinqton sammiti xarici mediada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













