"Çelsi" Ceydon Sançonu icarəyə götürüb
Far.Az xəbər saytı

"Çelsi" Ceydon Sançonu icarəyə götürüb


İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"dən Ceydon Sançonu icarəyə götürüb.

"Far.Az" "Sky Sports"a istinadən xəbər verir ki, hücumçusu transfer pəncərəsinin son günündə London klubuna keçib.

24 yaşlı futbolçu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 2024/2025 mövsümünü məcburi satınalma şərti ilə icarə əsasında "Çelsi" klubunda keçirəcək.

Qeyd edək ki, 24 yaşlı ön xətt oyunçusu 2021-ci ildə 85 milyon avroya "Mançester Yunayted"ə transfer olunub. O, Mançester təmsilçisinin heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) komandasında keçirib.

Oxşar xəbərlər

Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
"Arsenal"ın qapıçısı Premyer Liqanın digər klubuna transfer olunacaq
"Everton"un futbolçusu Fransa klubuna keçib
"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək
"Arsenal"ın hücumçusu İngiltərənin başqa klubuna keçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər