BAKU.WS-in qaldırdığı problem həll olundu: blok TƏMİZLƏNDİ
Far.Az xəbər saytı

BAKU.WS-in qaldırdığı problem həll olundu: blok TƏMİZLƏNDİ


Sumqayıt şəhəri, 12-ci mikrorayon, 28-ci binada zibillə dolu blokla bağlı məsələ öz həllini tapıb.

Far.Az-in yayımladığı xəbərdən sonra aidiyyəti qurumlar hərəkətə keçib və binada təmizlik işləri aparılıb.

Qeyd edək ki, sakinlər uzun müddətdir blokda yığılan zibildən, həmçinin siçovul ölüsünün qalmasından narazılıq edirdilər.

Şahanə Xankişiyeva

***12:44

Sumqayıt şəhəri, 12-ci mikrorayon, 28-ci binada yaşayan sakinlər ciddi problemlə üzləşiblər.

Far.Az-ə bildirilib ki, binanın bloklarından biri uzun müddətdir zibillə dolub və hətta siçovul da ölü vəziyyətdə qalıb.

Sakinlərin sözlərinə görə, problem günlərdir davam edir, lakin heç bir aidiyyəti qurum və ya məsul şəxs təmizləmə işlərini həyata keçirməyib. Bu vəziyyət həm sağlamlıq, həm də sanitar-gigiyena baxımından ciddi narahatlıq doğurur.

Sakinlər aidiyyəti qurumlardan vəziyyətin dərhal həll olunmasını və binanın təmizlənməsini tələb edirlər. Onlar bildirirlər ki, uzun müddətdir davam edən bu problem onların gündəlik həyatını çətinləşdirir və təhlükəli şərait yaradır.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sumqayıt sakinləri narazıdır - Blokda təmizliyə kim cavabdehdir?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər