Saçına etdirdiyi keratin proseduru başına bəla oldu – Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Far.Az xəbər saytı

Saçına etdirdiyi keratin proseduru başına bəla oldu – Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB


Bakıda keratin proseduru qadının sağlamlığını təhlükəyə atıb.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, paytaxt sakini gözəllik salonunda keratin proseduru etdirdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib. Vətəndaşın sözlərinə görə, prosedurdan sonra dərisi şişib və səpgilər yaranıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Respublika Sanitariya-Karantin Mərkəzindən bildirilib ki, ölkəyə idxal olunan saç üçün keratin məhsulları sanitar-gigiyenik ekspertizadan keçirilir və yalnız mövcud norma və tələblərə cavab verənlərə gigiyenik sertifikat təqdim olunur.

Qurum vətəndaşlara belə prosedurlardan əvvəl istifadə olunacaq məhsulun gigiyenik sertifikatının olub-olmamasını mütləq yoxlamağı tövsiyə edib. Eyni zamanda salon sahiblərinə yalnız sertifikatlaşdırılmış məhsullardan istifadə etmələri barədə xəbərdarlıq edilib.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Saç tökülməsini dayandırmağın YOLLARI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər