Gürcüstan DTX-nin rəisi istefa verib, yeni vəzifəyə təyin olunub
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib, yeni vəzifəyə təyin olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verdiyini açıqlayıb.
İstefa verən Anri Oxanaşvili Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.
İ.Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.
"Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili bu vəzifədən istefa verib. Qısa müddət ərzində xidmət zamanı bir çox mühüm dəyişikliklər həyata keçirilib və şəxsən onun əməyini yüksək qiymətləndirirəm. Hazırda isə baş nazirin müşaviri kimi analitik işlər aparacaq", – Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkənin qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır.
İ.Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:
"Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













