"bp" şirkəti "Səngəçal" terminalından neft ixracının həcmini açıqlayıb
Far.Az xəbər saytı

"bp" şirkəti "Səngəçal" terminalından neft ixracının həcmini açıqlayıb


2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib.

Far.Az Trend-ə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub və göstərici illik müqayisədə 3,6 faiz azalıb.

Göstərilən müddətdə "AÇG" və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri ilə "Səngəçal" terminalına axmaqda davam edib.

Bu gün terminalın gündəlik gücü 1,2 milyon barel neft və kondensat, həmçinin "Şahdəniz" yatağından təqribən 81 milyon standart kubmetr qazdır. Qazın emalı və ixracı üzrə ümumi gücü, o cümlədən AÇG-dən səmt qazı sutkada 100 milyon standart kubmetrə çatır.

Oxşar xəbərlər

30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər