Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Far.Az xəbər saytı

Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır


ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini və ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

Onun təbrikini Zelenski "X" sosial şəbəkəsində paylaşıb.

"Hörmətli cənab Prezident, Amerika xalqı adından müstəqilliyin 34-cü ildönümünü qeyd etdiyiniz zaman sizə və cəsarətli Ukrayna xalqına təbriklərimi və ən xoş arzularımı çatdırıram", - Trampın təbrikində deyilir.

Tramp qeyd edib ki, Ukrayna xalqı sarsılmaz ruha malikdir və Ukraynanın cəsarəti çoxlarını ruhlandırır. "Bu mühüm günü qeyd edərkən bilin ki, ABŞ sizin mübarizənizə, fədakarlıqlarınıza hörmət edir və müstəqil xalq kimi gələcəyinizə inanır. ABŞ davamlı sülh gətirəcək, qan tökülməsinə son verəcək, Ukraynanın suverenliyini və ləyaqətini qoruyacaq danışıqlar yolu ilə həlli dəstəkləyir. Hörmətlə, Donald J. Tramp", - təbrikdə bildirilir.

Öz növbəsində Zelenski təbrikinə görə Trampa təşəkkür edib.

"Hörmətli Prezident Tramp, Ukraynanın Müstəqillik Günü münasibətilə səmimi təbrikləriniz üçün təşəkkür edirik. Ukrayna xalqı üçün xoş sözlərinizi yüksək qiymətləndiririk və ABŞ-yə Ukrayna ilə yanaşı dayanaraq, ən qiymətli olanı - müstəqilliyi, azadlığı və təminatlı sülhü qoruduğuna görə təşəkkür edirik", - o, "X" sosial şəbəkəsində yazıb.

O, ümid etdiyini bildirib ki, Kiyev və Vaşinqton birgə işləməklə bu müharibəyə son qoya və Ukrayna üçün real sülhə nail ola bilərlər.//Report

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər