Türkiyənin premium televiziya platforması "Digiturk" artıq "CityNet TV"də
"CityNet TV" izləyicilərinə təqdim etdiyi məzmun çeşidini daha da zənginləşdirərək, dünyanın aparıcı media nəhəngi "BeIN Media Group" ilə əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq nəticəsində "CityNet TV" istifadəçiləri Türkiyənin premium televiziya platforması "Digiturk"ün təqdim etdiyi zəngin məzmunu izləyə biləcəklər.
Yeni "Digiturk" paketi çərçivəsində idman həvəskarları "BeIN Sports International", "BeIN Sports 2", "BeIN Sports 3", "BeIN Sports 4" kanallarında Türkiyə Super Liqasının matçları da daxil olmaqla bir çox futbol qarşılaşmalarına yüksək keyfiyyətdə baxa biləcəklər. Əyləncə və kino həvəskarları üçün isə xüsusi olaraq "BeIN Iz", "BeIN Gurme", "BeIN Movies Turk" kanalları təqdim olunur. Bundan əlavə, 1000-dən çox müxtəlif janrda film və serialdan ibarət VoD kataloqu izləyicilərə premium məzmuna çıxış imkanı yaradır.
Qeyd edək ki, "CityNet TV"yə yeni qoşulan istifadəçilər "Digiturk" paketindən ilk ay ödənişsiz yararlana biləcəklər. Mövcud abunəçilər üçün xidmətin dəyəri aylıq cəmi 16.99 AZN təşkil edir. Xidmətdən istifadə edə bilmək üçün "CityNet"in yeni nəsil Android STB (Set-Top Box) cihazı tələb olunur.
Qoşulma və ya xidmətlər haqqında daha ətraflı məlumat əldə etmək üçün www.citynettv.az saytına daxil ola, *1177 ilə əlaqə saxlaya və ya "CityNet TV" mobil tətbiqindən istifadə edə bilərsiniz.
Xatırladaq ki, "CityNet TV" "Digiturk"lə yanaşı, "BluTV", "Setanta Sports", "Dizi Channel", "FilmBox" kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən "YouTube", "Netflix", "Amazon Prime", "Spotify" kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.
"CityNet" haqqında
Azərbaycanın aparıcı internet provayderi olan "CityNet" (ticarət nişanı "Uninet" MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. "CityNet" Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. "Uninet" MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding"in tərkibində olan "Azerconnect Group"a daxildir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
CityNet yeni nəsil TV platformasını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Zelenski: Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi













