Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə "stop" qoyuldu
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu yaranıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu var.
Nizamnamə kapitalı 150 milyon manata yaxın olan "Aznar" QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.
"Aznar" QSC-nin tabeçiliyində fəaliyyət göstərən "AzNar Ferma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışı məhdudlaşdırılıb. "Aznar Ferma"nın 2940,02 manat borcu var.
1979-cu il təvəllüdlü Mehman Hacıyev "MEGAMIX ASIA" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir.
Xatıradaq ki, bir neçə il əvvəl "Aznar" QSC-nin "Grante Trading" filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var.
Qeyd edək ki, bir müddət əvvəl Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan milyonluq avtomobillərə də həbs qoyulub.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













