Alimlər "gözəllik iynələri" ilə bağlı gözlənilməz həqiqəti açıqladılar
Far.Az xəbər saytı

Alimlər "gözəllik iynələri" ilə bağlı gözlənilməz həqiqəti açıqladılar


Botoks və filler kimi məşhur kosmetik prosedurlar insanı bir qədər daha cəlbedici göstərir, lakin onların mehribanlıq, zəka və ya uzunmüddətli partnyor kimi arzuolunma baxımından qəbul edilməsinə demək olar ki, təsir etmir.

Far.Az xəbər verir ki, belə qənaətə Niderland alimləri gəliblər. Tədqiqat "Perception" jurnalında dərc olunub.

İki genişmiqyaslı eksperiment çərçivəsində 3200 nəfər iştirak edib. Könüllülərə insanların prosedurdan əvvəl və sonra çəkilmiş fotoları göstərilib, amma hər bir üzü onlar yalnız bir dəfə görüblər ki, birbaşa müqayisə effekti yaranmasın.

Nəticələr göstərib ki, prosedurlardan sonra simalar bir qədər daha gənc və cazibədar qəbul olunub – yeddi ballıq şkala üzrə cəmi 0,09 bal artım qeydə alınıb. Bununla belə, etibarlılıq, intellekt, mehribanlıq və xarizma dəyişməyib.

İkinci tədqiqatda kişilər qadınları potensial partnyor kimi qiymətləndiriblər. Prosedurlardan sonra qadınları dostluq və ya qısamüddətli görüşlər üçün bir qədər daha tez-tez seçiblər, lakin ciddi münasibətlər üçün yox.

Müqayisə üçün, digər gözəlləşdirmə üsulları daha güclü təsir göstərir: makiyaj təxminən 0,6 bal, rəqəmsal dəri hamarlığı 0,7 bal, gülümsəmə isə 0,4 bal əlavə edir.

"Təhlükəsiz şəkildə cazibədarlığın artdığını qeydə aldıq, amma bu çox kiçik oldu. Bu da göstərir ki, bir çoxları belə prosedurların sosial təsirini həddindən artıq qiymətləndirirlər", – deyə Tılburq Universitetinin alimi, işin müəllifi Bastiyan Yeqer bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər