Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Far.Az xəbər saytı

Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək


Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 20-ci sessiyasına (COP 29) həsr olunmuş “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

Far.Az xəbər verir ki, konfrans sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.

Far.Az

Oxşar xəbərlər

Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər