Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR
Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin Bizim.media-ya verdiyi məlumata görə, qəzaya uğrayan "Ford" markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.
Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə "Ford" yüksəklikdən dərəyə aşıb.
Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndində kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmışlar. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmiş.
Ağır qəzanın başvermə səbəbi Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.
Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













