Azərbaycan-Braziliya Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
Far.Az xəbər saytı

Azərbaycan-Braziliya Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək


Bu ilin 1 sentyabrında Braziliyada Azərbaycan-Braziliya Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Görüşdə vurğulanıb ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Həmçinin ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli mexanizmdir.

Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi diqqətə çatdırılıb.

Ölkəmizdə yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər