Qızını söyən şəxsi məscidin qarşısında bıçaqladı, cəzalandırıldı
Far.Az xəbər saytı

Qızını söyən şəxsi məscidin qarşısında bıçaqladı, cəzalandırıldı


Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ceyhun Zəkiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, iki il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 23 may 2025-ci il tarixdə, saat 16:08-də Astara şəhərində yerləşən "Giləkəran" məscidinin qarşısında qeydə alınıb.

Belə ki, Ceyhun Zəkiyev tanışı, zərərçəkmiş Azad Quliyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onun qızının ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs Azadı söyüb, turist bıçağı ilə onun sol əlinə zərbə vurub. Sonra zərərçəkmiş şəxs məscidin həyətinə girib, qapını içəridən bağlayıb.

Hadisədən təxminən 20 dəqiqə keçdikdən sonra Ceyhun yenidən məscidin qarşısına gəlib, həmin bıçaqla Azada bir neçə dəfə zərbə vuraraq ona yüngül bədən xəsarətləri yetirib.

Daha sonra Ceyhun Zəkiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər