ADSEA: Şəmkir Maşın-Kanalında qəza aradan qaldırılıb
Far.Az xəbər saytı

ADSEA: Şəmkir Maşın-Kanalında qəza aradan qaldırılıb


Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.

ADSEA-dan BAKU.WS-ə verilən məlumata görə, qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.

Məumata görə, boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib.

***10:14

Şəmkir rayonunda su anbarına gedən magistral boru xəttində qəza baş verib.

BAKU.WS-in məlumatına görə, qəza nəticəsində boru xəttindən axan su ətrafa yayılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda avtomobil yollarında 4 yerdə 6 elektron tərəzi quraşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər