Əfqanıstanda zəlzələdə ölənlərin sayı 622-yə çatıb
Far.Az xəbər saytı

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 622-yə çatıb


Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622-yə çatıb, daha 1 500 nəfər yaralanıb.

Bu barədə "Reuters" məlumat yayıb.

***09:08

Əfqanıstanda baş verən güclü zəlzələ böyük faciəyə səbəb olub. Yerli hakimiyyət orqanlarının və beynəlxalq media qurumlarının verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 250 nəfər həyatını itirib, 500-dən çox insan isə yaralanıb.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhəd yaxınlığında, Cəlalabad şəhərindən təxminən 20 kilometr məsafədə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 olub, ocağı isə təxminən 8–10 km dərinlikdə yerləşib.

Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib ki, hadisə dağlıq və ucqar ərazidə baş verdiyindən itkilərlə bağlı dəqiq məlumat toplamaq vaxt tələb edir:

"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərərçəkənlərə yardım üçün səfərbər etmişik".

Oxşar xəbərlər

Əfqanıstanda güclü zəlzələ: 250 nəfər ölüb, 500-dən çox yaralı var
İsrailin Tehrana hücumu zamanı mülki şəxslər də həlak olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər