BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
Azərbaycan avtomobil bazarında yeni dövr başlayır. Dünyanın ən böyük Yeni Enerji Avtomobili (NEV) istehsalçısı olan BYD artıq Azərbaycanda rəsmi fəaliyyətə başlayır. Brendin ölkəmizdəki rəsmi dileri 2006-cı ildən avtomobil sektorunda fəaliyyət göstərən Group Motors şirkətidir.
Group Motors bu illər ərzində Toyota Abşeron və Ford dilerliyi ilə yanaşı Subaru, Mazda, Mitsubishi və Honda markalarının da rəsmi distribütoru kimi ölkə bazarında güclü mövqeyə sahibdir. Satış, servis və ehtiyat hissələri üzrə formalaşdırdığı peşəkar şəbəkə ilə şirkət avtomobil sektorunun aparıcı oyunçularından biridir. İndi isə Group Motors dünyanın avtomobil sənayesində sürətli yüksəlişə imza atan BYD-ni Azərbaycana gətirməklə ölkənin avtomobil bazarında yeni bir mərhələ açır.
Azərbaycanda satışa çıxarılacaq BYD modelləri 6 il və ya 150 000 km rəsmi zəmanətlə təqdim ediləcək. Bundan əlavə, 1 sentyabra qədər avtomobillərini fərdi qaydada Çindən gətirən müştərilər də ödənişli zəmanət paketi əldə edə biləcəklər. Bu addım bazarda bütün BYD sahibləri üçün vahid xidmət keyfiyyətini təmin etməyi hədəfləyir.
Yeni BYD salonu hazırda Sumqayıt şossesi 6-cı km ünvanında təmir edilir. Açılışın oktyabr ayının son həftəsində keçirilməsi planlaşdırılır.
Group Motors-un nümayəndəsi açıqlamasında bildirib:
"BYD sadəcə avtomobil markası deyil, dünyada milyonlarla insanın seçdiyi bir brenddir. Bizim üçün əsas məqsəd müştərilərimizə bu markanı etibarlı mənbədən, rəsmi zəmanətlə və yüksək servis dəstəyi ilə təqdim etməkdir. Azərbaycanda alıcılarımız artıq BYD-ni tam güvənlə əldə edə biləcəklər."
Açılışa qədər BYD Abşeronun sosial media səhifəsi üzərindən ön sifariş kampaniyası elan ediləcək. BYD avtomobili almaq istəyən şəxsləri @byd_absheron rəsmi səhifəsini izləməyə dəvət edirik.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Toyota Prius: Hibrid Avtomobillərin atası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU
-
Prezident: "Kommunikasiya texnologiyaları qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib"
-
2026 - "Alovlu qırmızı at" ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?













