Game of Thrones aktyoru "Comic Con Baku 2025"ə gələcək
Dünyanın ən böyük pop-mədəniyyət təcrübəsi ilk dəfə Azərbaycanda: "Comic Con Baku 2025".
Azərbaycan tarixində ilk dəfə, dünyaca məşhur "Comic Con" festivalı Bakı Konqres Mərkəzində baş tutacaq. "Comic Con", bütün dünyada milyonlarla fanatı bir araya gətirir və komiks, anime, kino, oyunlar, kospley və Asiya mədəniyyətinin sehrini bir yerdə yaşamağa imkan verir. İndi, bu fenomen Azərbaycanda səni gözləyir! Biletlər artıq satışdadır, onları rəsmi sayt və iTicket kassalarından əldə edə bilərsiniz.
Festivalın baş ulduzu - "Game of Thrones" və "Doctor Who" kimi dünya üzrə milyonlarla fanatı olan məşhur franşizalarda rol almış Ross Mullan. Onun canlandırdığı ikon obrazlar sayəsində tamaşaçılar bu məşhur franşizaların sehrini birbaşa yaşaya biləcəklər. Foto və avtoqraf sessiyalarında, onunla bir anı paylaşmaq fürsətini qaçırma!
Festivalda, həmçinin digər xarici qonaqlar da iştirak edəcək.
Festivalda sizi nələr gözləyir?
Baş ulduz və qonaqlarla tanışlıq, foto və avtoqraf imkanı, yerli bloqerlər, aktyorlar və rəssamlarla ünsiyyət, kospley şoular və k-pop rəqs müsabiqəsi, həvəskar kospley müsabiqəsində iştirak, "Yaradıcı Gənclər Forumu 2025", VR, konsol, stolüstü və kompüter oyunları, fandom məhsulları yarmarkası və s.
VIP biletlər: öncədən giriş, ön sıralar, baş ulduzla yalnız VIP-lərə özəl görüş və avtoqraf sessiyası, eksklüziv merch və Forum üçün prioritet giriş.
Kospleyini hazırla, dostlarını çağır və ilin ən böyük pop-mədəniyyət festivalına - "Comic Con Baku 2025"-ə qatıl!
Biletlər məhduddur - fürsəti qaçırma!
Qeyd edək ki, tədbirin media partnyorları Far.Az, Baku Tv və Oxu.Az-dır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
"44" bədii filminin növbəti tizeri yayımlanıb













