Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir
Far.Az xəbər saytı

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Afina arasındakı münasibətlərin iki ölkənin daxili siyasi proseslərinə alət edilməməli olduğunu bildirib.

BAKU.WS xəbər erir ki, Ərdoğan bunu BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda jurnalistlərlə görüşü zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, Ankara Yunanıstanda keçirilən seçkilər və ya ölkədə hökumət və müxalifətin dəyişməsi kimi daxili siyasi proseslərlə maraqlanmır.

"Yunanıstanda seçki keçirilə, hökumət dəyişə, müxalifət dəyişə bilər. Bunlar bizim məsələmiz deyil", – Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyə üçün əsas prioritet ölkənin hüquq və təhlükəsizliyinin qorunması, eləcə də Egey və Şərqi Aralıq dənizində sülh və sabitliyin təmin edilməsidir.

Ərdoğan iki ölkə arasındakı münasibətlərə də toxunaraq Türkiyənin Yunanıstanı düşmən deyil, qonşu və NATO çərçivəsində müttəfiq hesab etdiyini deyib.

"Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir. İki ölkə arasındakı münasibətlər seçki materialına çevrilməyəcək qədər həssas və mühümdür", – deyə Türkiyə Prezidenti bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər